• (+99412) 493 26 94 T. Əliyarbəyov 3, Bakı
Xəbərlər

2023-2025-ci il maliyyələşmə dövrü üzrə Azərbaycana Vərəm və İİV/QİÇS-lə mübarizə istiqamətində ayrılacaq vəsait bəlli olub


2022-ci ilin 16 dekabr tarixində Qlobal Fond ölkə komandası tərəfindən 2023-2025-ci il maliyyələşmə dövrü üzrə Azərbaycana Vərəm və İİV/QİÇS-lə mübarizə istiqamətində ayrılacaq maliyyə vəsaitinin əks olunduğu rəsmi məktub daxil olmuşdur. 

2023-2025 maliyyələşdirmə dövrü üçün nəzərdə tutulan vəsaitlərlə bağlı Qlobal Fondun İdarə Heyəti tərəfindən 2022-ci ilin noyabrında qəbul edilmiş qərara əsasən, Azərbaycana İİV, vərəm və sağlamlıq üçün dayanıqlı və davamlı sistemlər (RSSH) üzrə 19,820,235 ABŞ dolları vəsait ayrılmışdır. Bütün ölkələr üçün ayrılmış məbləğlər Qlobal Fondun İdarə Heyəti tərəfindən başlıca olaraq xəstəlik yükü və gəlir səviyyəsinə əsaslanan metodologiyaya uyğun olaraq təsdiq olunmuşdur. Azərbaycan yuxarı orta gəlirli ölkə kimi təsnif olunmuşdur. 

Qlobal Fond ayrılmış vəsaitlərin müvafiq xəstəlik komponentləri üzrə şərti bölgüsünü təklif etmişdir. Bununla belə, Ölkə Əlaqələndirmə Komissiyası (ÖƏK) vəsaitlərdən bu xəstəlik komponentləri üzrə və səhiyyə sisteminin gücləndirilməsi üçün istifadəni qiymətləndirmək və ən yaxşı istifadə üsulunu təklif etmək hüququna malikdir. Ərizəçilər Qlobal Fondun bölgüsünü qəbul edə və ya proqramdakı və sistemdəki boşluqların sübut əsaslı təhlili əsasında və əsas proqramların saxlanması üçün lazım olan vəsaitləri nəzərə alaraq yenidən işlənmiş bölgü təklif edə bilər. 

Hazırkı çətin iqtisadi şəraiti və resursların məhdudluğunu nəzərə alaraq, Qlobal Fond prioritet investisiyaların müəyyən edilməsi zərurətini etiraf edir. Səmərəliliyi artırmaq və fəaliyyəti gücləndirmək üçün Qlobal Fond ölkələrin ehtiyaclarına uyğun olaraq ən böyük təsirə nail olmağa imkan verən (o cümlədən səhiyyə və icma sistemləri, profilaktika, insan hüquqları və gender bərabərliyi sahələri üzrə) investisiyaları dəstəkləyəcək.

Qlobal Fonda təqdim edilən maliyyələşdirmə ərizəsi prioritet ölkə ehtiyaclarına və ən son qlobal texniki təlimata uyğun olmalı və xəstəliklər üzrə müvafiq milli strateji planlara, milli səhiyyə sektoru və alt sektor üzrə planlara və proqram təhlillərinə əsaslanmalıdır.