• (+99412) 493 26 94 T. Əliyarbəyov 3, Bakı
ÖƏK

ÖLKƏ ƏLAQƏLƏNDİRMƏ KOMİSSİYASI (ÖƏK)


Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ölkə Əlaqələndirmə Komissiyası QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun tələblərinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 noyabr 2004-cü il tarixli 17/5540-11 nömrəli razılığına uyğun olaraq yaradılmışdır.

ÖƏK – prioritet tələblərə uyğun olan layihə təkliflərinin təqdim edilməsini koordinasiya edən hökümət və vətəndaş cəmiyyətinin sektorunun nümayəndələrindən ibarət olub, milli məşvərətçi orqan statusuna malikdir və hüquqi və fiziki şəxslərin könüllülük prinsipi əsasında qurulmuş bir çox sahələr üzrə əməkdaşlığını təmsil edir. Bundan başqa, ÖƏK qeyd olunan xəstəliklərlə mübarizə üzrə proqramın icrasının gedişatına nəzarəti həyata keçirir.

ÖƏK-in əsas funksiyalarına aşağıdakılar daxildir:

  • ÖƏK-in Azərbaycan Respublikası qanunvericilik sisteminin tələblərinə, Qlobal Fondun cari Əsasnaməsi və tövsiyələrinə uyğun olaraq təşkil olunması və səmərəli fəaliyyətinin təmin olunması;
  •  İİV/QİÇS, Vərəm və Malyariya üzrə milli prioritetlərə uyğun olan təklif layihələrinin koordinasiyası, işlənib hazırlanması, qiymətləndirilməsi və QF-ə və digər beynəlxalq donor təşkilatlara təqdim edilməsi;
  •  QF tərəfindən maliyyələşən layihələr çərçivəsində həyata keçirilən tədbirlərin milli planlar ilə bir ahəngə gətirilməsi, digər dəstəkləyici tədbirlərin əlaqələndirilməsi və resursların səfərbərliyi;
  •  Şəffaf və sənədləşdirilmiş seçim prosesi əsasında ÖƏK tərəfindən Əsas Resipiyentin (ƏR) seçilməsi;
  •  ƏR-in proqram və maliyyə fəaliyyətinə və eyni zamanda QF layihələrinin icra olunmasına nəzarət edilməsi;
  •  Təsdiqlənmiş hər bir layihənin birinci fazası bitdikdən sonra maliyyə dəstəyinin davam etməsi məqsədilə layihə təkliflərinin hazırlanması və QF-ə təqdim edilməsi;
  •  ÖƏK sənədlərinin qorunması və arxivləşdirilməsi, Qlobal Fond və digər maraqlı tərəflərlə informasiya mübadiləsinin aparılması və maraqlı şəxslər üçün əsas məlumata çıxışın təmin edilməsi.

ÖƏK-in üzvlüyü və tərkibi

ÖƏK üzvləri yenidən seçilmək hüququna malik olmaqla 3 il müddətinə seçilirlər/səlahiyyətlər verilir və üzvlüyə dövlət və qeyri-hökumət sektorlarının nümayəndələri daxildir.