• (+99412) 493 26 94 T. Əliyarbəyov 3, Bakı

ÖƏK üzvləri


ÖƏK Üzvlüyü

Azərbaycan ərazisində qanuni şəkildə fəaliyyət göstərən hər hansı bir təşkilatın nümayəndəsi, vətəndaşlığından asılı olmayaraq ÖƏK üzvü ola bilər. ÖƏK üzvlüyü və iştirakı ödənişli deyil. Üzvlük bu və ya digər bir şəxsin İİV, vərəm və malyariya ilə mübarizəyə könüllü şəkildə yardım göstərməsini ifadə edir. ÖƏK heyətinə dövlət və qeyri-hökumət sektorlarının nümayəndələri daxildir.

      • Dövlət sektorundan İİV/QİÇS, vərəm və malyariya ilə mübarizəyə cəlb olunan mərkəzi və yerli icra orqanları, ixtisaslaşmış ali təhsil müəssisələri və digər maraqlı hökumət təşkilatları ÖƏK-ə üzv ola bilərlər.
      • Qeyri-hökumət sektorundan isə müxtəlif maraqlı təşkilatlar ÖƏK-ə üzv ola bilərlər:
      • İİV və vərəm ilə yaşayan şəxslərin icma qurumları;
      • Qadınlar, gənclər, əsas risk qrupların maraqlarını təmsil edən qeyri-hökumət təşkilatları (məsələn İİV/QİÇS və/ və ya vərəmə yoluxmuş və bu infeksiyadan zərər çəkmiş insanların təmsil olunduğu təşkilatlar və birliklər);
      • Dini qurumlar;
      • Peşə ittifaqları və ictimai birliklər;
      • Akademik assosiasiyalar və birliklər;
      • Özəl sektor nümayəndələri;
      • İİV/QİÇS, vərəm və malyariya infeksiyaları ilə mübarizədə və digər səhiyyə sahələrində texniki yardım göstərən beynəlxalq qeyri-hökumət təşkilatlar
      •  

  Qeyri-hökumət sektorundan olan ÖƏK üzvləri özlərinin və öz təşkilatlarının maraqlarını deyil, onları seçən sektorların maraqlarını təmsil edirlər. Qeyri-hökumət sektorunun nümayəndələrinin sayı ÖƏK üzvlərinin ümumi sayının 40 faizindən az olmamalıdır.

 

Üzvlərin sayını ÖƏK özü təyin edir və bu say dəyişilə bilər. ÖƏK üzvlərinin sayının və/ və ya tərkibinin dəyişilməsi barədə Qlobal Fondu mütləq şəkildə məlumatlandırmalıdır.

 

  • ÖƏK heyətinə üzvlərin seçilməsi/səlahiyyətlərin verilməsi ÖƏK-in İdarəetmə Təlimatı ilə tənzimlənir. ÖƏK üzvlüyünə namizədliyin irəli sürülməsinin əsas prinsipləri aşağıdakılardır:
  • Dövlət orqanlarının nümayəndələri ÖƏK heyətinə öz nazirlikləri və müəssisələri tərəfindən nümayəndə kimi göndərilirlər;
  • akademik/təhsil müəssisələrinin nümayəndələri ÖƏK heyətinə öz akademik təşkilat və müəssisələri tərəfindən seçilirlər;
  • yerli qeyri-hökumət təşkilatları ÖƏK heyətinə öz nümayəndələrini QF-in tövsiyələrinə uyğun, ÖƏK-in İdarəetmə Təlimatında göstərilən və sektor daxili təsdiqlənmiş prosedurlara uyğun bir şəkildə seçirlər;
  • xəstəliklə yaşayan insanların nümayəndələri ÖƏK üzvlüyünə təsdiqlənmiş prosedurlara uyğun olaraq öz icmaları tərəfindən seçilirlər. Xəstəliklə yaşayan insanların təşkil olunmuş icması olmadığı zaman bu qrupun nümayəndələri ÖƏK-in qərarına əsasən fərdi qaydada üzvlüyə qəbul edilə bilərlər;
  • beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələri həmin təşkilatların öz daxilində qəbul etmiş olduqları prosedurlara əsasən seçilirlər;
  • BMT qurumlarının nümayəndələri həmin təşkilatların öz aralarında qəbul etmiş olduqları prosedurlara əsasən seçirlər;

Beynəlxalq ikitərəfli əməkdaş təşkilatlar öz aralarındakı prosedurlara müvafiq olaraq ÖƏK heyətinə öz təşkilatlarından nümayəndə seçirlər.

 

ÖƏK üzvləri yenidən seçilmək hüququna malik olmaqla 3 il müddətinə seçilirlər/səlahiyyətlər verilir.

 

ÖƏK üzvlərinə aşağıdakı hüquqlar verilmişdir:

  • Təkliflərin işlənib hazırlanmasında iştirak etmək;
  • Qrantların icra olunmasına nəzarəti təmin etmək;
  • Qrantların Əsas Resipiyentlərinin seçilməsi prosesində iştirak etmək;
  • ÖƏK-in gündəliyində bir sıra məsələlər qaldırmaq;
  • ÖƏK tərəfindən barəsində qərar qəbul ediləcək hər hansı bir məsələ ilə bağlı səs vermək;
  • ÖƏK-in bütün müzakirə və iclaslarında iştirak etmək;
  • Sədr və Sədr müavini vəzifəsi üçün namizədlər irəli sürmək;
  • Qrantların icra olunması ilə əlaqədar ətraflı məlumat əldə etmək