• (+99412) 493 26 94 T. Əliyarbəyov 3, Bakı

QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fond (Qlobal Fond)


 

2002-ci ildə yaradılmış QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fond (Qlobal Fond) İİV/QİÇS, vərəm və malyariya ilə mübarizədə hökumətlər, özəl sektor və vətəndaş cəmiyyəti arasında sağlamlıq sistemlərini gücləndirməyə kömək edən və dinamik tərəfdaşlığa əsaslanan unikal maliyyələşdirmə mexanizmidir. Özəl sektor, hökumətlər, vətəndaş cəmiyyəti və icmalar Qlobal Fond tərəfdaşlığının mərkəzində yer almaqdadır.

Son 20 il ərzində Qlobal Fond 53 milyard dollardan çox vəsait ayıraraq, 44 milyon insanın həyatını xilas etmiş və Fondun kökləndiyi aşağı və orta gəlirli ölkələrdə İİV, vərəm və malyariyadan ümumi ölüm səviyyəsini yarıdan çox azalmışdır.

Qlobal Fond COVİD-19 pandemiya ilə mübarizəyə də atılaraq onun İİV, vərəm və malyariya proqramlarına təsirini azaltmaq və icmaların səhiyyə sistemlərində cavab tədbirləri ilə bağlı təxirəsalınmaz boşluqları doldurmaq üçün çevik və innovativ cavab mexanizmi yaratmışdır. Özünün COVİD-19 üzrə Cavab Mexanizmi (C19RM) vasitəsilə, Qlobal Fond COVİD-19 testləri, müalicələr (tibbi oksigen və yeni müalicə vasitələri daxil olmaqla), fərdi mühafizə vasitələri və səhiyyə sistemlərinə COVİD-19-la mübarizədə vacib olan digər elementlər üçün aşağı və orta gəlirli ölkələrə qrantların təmin edilməsi baxımından əsas kanal kimi çıxış edir.

Qlobal Fond hər üç illik qrant dövründən öncə, donorların planlaşdırılan ianələri rəsmi olaraq öhdələrinə götürdüyü ianə konfranslarında maliyyə vəsaitləri toplayır.

Donor hökumətlərin rolu

Qlobal Fondun bütün donor hökumətləri maliyyələşməyə dəstək verməyə təşviq edir. Qlobal Fondun qrantları 120-dən yuxarı aşağı və orta gəlirli ölkələrə çatır və Fond səhiyyə sistemləri üçün qrantlar verən ən iri çoxtərəfli qurumdur.

Özəl sektorun rolu

Özəl sektor Qlobal Fond tərəfdaşlığının təməlində dayanır və Fond yaradılandan bəri onun əsas ianəçilərindən biri olmaqdadır. Qlobal Fond özəl sektorun innovasiyalarını qəbul edir və İİV/QİÇS, vərəm və malyariyaya qarşı mübarizədə prioritet sahələrdə irəliləyişi sürətləndirmək üçün onların miqyasını sürətlə genişləndirir. 2002-ci ildən bəri, özəl tərəfdaşlar (korporasiyalar, fondlar, filantropistlər daxil olmaqla) Qlobal Fonda 3.6 milyard dollardan artıq vəsait ayırmağı öhdəsinə götürmüşdür.

Qlobal Fondun uğurlu maliyyələşməsinin 1:31 nisbətində investisiya qayıdışı ilə nəticələnməqdədir. Yəni, bu üç xəstəliklə mübarizəyə ayrılan hər 1 dollar tibbi qazanclar və iqtisadi gəlirlər qismində 31 dollar qaytarır və bununla Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Gündəliyinə nail olmasına əlavə töhfə verir.