• (+99412) 493 26 94 T. Əliyarbəyov 3, Bakı

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi


Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan ərazisində əhalinin sağlamlığının qorunması sahəsində dövlət siyasətini həyata keçirən əsas icra orqandır.

Səhiyyə Nazirliyinin Missiyası

Əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin vacibliyinə dair ictimaiyyətin məlumatlandırılması, xəstəliklərin qarşısının alınmasına yönəlik qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, hər bir vətəndaşın ehtiyacına uyğun yüksək keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığın artırılması, tibb təhsilinin və elmin inkişafının təmin edilməsi

 

Səhiyyə Nazirliyinin vəzifələri aşağıdakılardır:

  • Əhaliyə tibbi yardım göstərmək;
  • Sağlamlığın qorunması sahəsində dövlət proqramlarını hazırlamaq və həyata keçirmək;
  • Mülkiyyət formasından asılı olmayaraq, səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri olan tədbirlər görmək;
  • Azərbaycan Respublikası ərazisində dövlət sanitariya-epidemioloji salamatlığına nəzarəti təmin etmək;
  • Analığın və uşaqların mühafizəsi, ailənin planlaşdırılması üzrə tədbirlərin hazırlanıb həyata keçirilməsini təmin etmək;
  • Azərbaycan Respublikası əhalisini və müalicə-profilaktika müəssisələrini dərman, bakterioloji, virus preparatları və tibbi təyinatlı digər məlumatlarla təmin etmək;
  • Dövlət proqramlarının həyata keçirilməsi məqsədilə tabeliyində olan idarə və müəssisələri, apteklər şəbəkəsini inkişaf etdirmək, icra və maliyyə — təsərrüfat intizamına ciddi riayət olunmasını təmin etmək;
  • Təbabət və əczaçılıq sahələrində elmi tədqiqatları inkişaf etdirmək, onların səmərəliliyini yüksəltmək, elm, texnika və qabaqcıl təcrübədə nailiyyətlər əldə etmək;
  • Təbabət və tibb texnikası sahələrinin formalaşdırılmasını və inkişafını təmin etmək;
  • Tibb təhsili müəssisələrində tibbi və əczaçı kadrların hazırlanmasına rəhbərlik etmək, həmin kadrların ixtisas üzrə biliklərini və təcrübi biliklərini və təcrübi vərdişlərini təkmilləşdirmək;tabeliyində olan idarə və müəssisələri ixtisaslı kadrlarla təmin etmək;
  • İqtisadi metodlarla idarəetməni təkmilləşdirmək, səhiyyədə yeni təsərrüfat mexanizmlərini, nazirlik aparatını, yerli səhiyyə orqan və təşkilatının işində mütərəqqi idarəetmə formalarını tətbiq etmək;
  • Səhiyyə obyektlərinin tikintisinə kapital qoyuluşlarından faydalı istifadə etmək və onların səmərəliliyini yüksəltmək;
  • Tabeliyində olan idarə və müəssisələrində çalışan işçilər üçün sağlam və təhlükəsiz əmək şəraiti təmin etmək;
  • Səhiyyənin inkişaf istiqamətlərini müəyyənləşdirmək, tibbi yardımın təşkilinin formalarını təkmilləşdirmək, demoqrafik şəraitin, əhalinin sağlamlığı və ölüm vəziyyətinin öyrənilməsi məqsədilə tibbi statistika və məlumat-analitik bankını yaratmaq və fəaliyyətini təmin etmək;
  • Azərbaycan Respublikası ərazisinə yoluxucu xəstəliklərin gətirilməsi və yayılmasının qarşısını almaq;
  • Daxil olan məktub, ərizə və şikayətləri vaxtında araşdırmaq və müvafiq tədbirlər görmək.