• (+99412) 493 26 94 T. Əliyarbəyov 3, Bakı

ÖƏK-in Nəzarət Funksiyası


ÖƏK-in öz fəaliyyətini şəffaf və hesabatverici formada qurması üçün nəzarət funksiyası əsas prinsiplərdəndir.

ÖƏK üçün təlimat və tələblərə əsasən layihə təklifinin hazırlanmasına nəzarətin təmin edilməsi, qrantın razılaşdırıması, qrantın qəbul edilməsi və bağlanması üzrə danışıqların aparılması ÖƏK-in əsas vəzifələrinə daxildir. Nəzarət bütün ÖƏK-lər üçün Qlobal Fonddan maliyyələşmə hüququna malik olmaq üçün,  Qlobal Fond tərəfindən minimal meyar kimi müəyyənləşdirilmiş altı tələbdən biridir. ÖƏK Əsas Respiyentin (ƏR) həyata keçirdiyi proqramlarda razılaşdırılmış göstəricilərə nail olmasınl təmin etmək üçün onun fəaliyyətinə nəzarət edir.

Nəzarət Əsas Resipiyentə strateji istiqaməti göstərərək tədbirlərin plana əsasən həyata keçirilməsini təmin edir.

Nəzarət planı nəzarət funksiyasında ÖƏK üzvlərinin əsas öhdəliklərini, prinsiplərini və rolunu müəyyən edir. Həmçinin bu plan nəzarəti aparmaq üçün təklif olunan strukturu, bu strukturların texniki səciyyəvi xüsusiyyətləri və alətlərini müəyyən edir. 

 

Nəzarət planı təlimatlara əsaslanan sənəddir və ona Qlobal Fondun tələbləri, standartları və tövsiyələrinə uyğun  zəruri dəyişikliklərin edilməsi məqsədilə dövri olaraq yenidən baxılmalıdır. Nəzarət planı ÖƏK-in ümumi iclasında təsdiq edilir və onun hər bir üzvü tərəfindən mütləq qaydada icra olunmalıdır. Bundan əlavə, Nəzarət Komitəsi hər il ÖƏK-in ümumi iclasında təsdiq edilən nəzarət tədbirlərinin iş planını, təqvimini və büdcəsini hazırlayır. Nəzarət üçün büdcə nəzarətin həyata keçirilməsinə sərf ediləcək maliyyələşmənin alınması məqsədilə Qlobal Fondun Katibliyinə təsdiq üçün təqdim edilən ümumi büdcənin tərkibinə daxildir.