• (+99412) 493 26 94 T. Əliyarbəyov 3, Bakı

ÖƏK Katibliyi


 

ÖƏK Katibliyi Haqqında

 

Katiblik ÖƏK-in daimi işci orqanıdır. Katiblik ÖƏK-in, onun Nəzarət Komitəsi və texniki işci qruplarının təchizatına və inzibati dəstəyinə, protokolların hazırlanmasına, ÖƏK sənədlərinin arxivləşdirilib saxlanılmasına, Qlobal Fondun, ƏR-lərin və sub-resipiyentlərin, eləcə də İİV/QİÇS, vərəm və malyariya ilə mübarizəyə cəlb olunan digər maraqlı tərəflərin fəaliyyəti ilə əlaqədar məlumatın toplanması və yayılmasına, ÖƏK-in maliyyə və proqram fəaliyyətlərinin idarəolunmasına görə məsuliyyət daşıyır.

Katiblik öz fəaliyyətində ÖƏK-in cari Əsasnaməsini və iclasların qərarlarını rəhbər tutur. Katibliyin fəaliyyəti və strukturu Katibliyin İdarəetmə Təlimatı ilə tənzimlənir. Katiblik QF-un vəsaiti hesabına maliyyələşir.

 

ÖƏK-in fəaliyyəti üzrə Katiblikdə məsul şəxs:

 

Aytən Hüseynova

Maliyyə və Proqram üzrə Mütəxəssis

T. Əliyarbəyov 3. AZ1005

Bakı, Azərbaycan

Tel: +99412 493 26 94

E-mail: office@ccm.az