• (+99412) 493 26 94 T. Əliyarbəyov 3, Bakı

QİÇS


Qlobal Fond tərəfdaşlığı bir vaxtlar qeyri-mümkün sayılan nəticəyə nail olmuşdur. QİÇS və yeni infeksiyalarla əlaqəli bir ilə düşən ölüm hallarının sayını 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində baş vermiş İİV böhranının pik səviyyəsindən yarıbayarı azaldılmışdır.

2018-ci ildə İİV-lə yaşayan 37,9 milyon nəfərdən 23,3 milyon nəfəri antiretrovirus terapiyasına cəlb olunub ki, bunların da 18,9 milyon nəfəri Qlobal Fondun dəstək verdiyi ölkələrin payına düşür. 

Lakin 15 ildən artıq davam etmiş möhtəşəm tərəqqidən sonra hazırda İİV-lə mübarizədə yeni mərhələyə qədəm qoyulmuşdur. Epidemiya inkişaf etdikcə bizim cavab tədbirlərimiz də inkişaf etməlidir.

Bu gün müalicənin əlçatan olması sayəsində İİV müsbət olan şəxs İİV mənfi olan şəxslə eyni ömür uzunluğuna malik olacağını gözləyə bilər.

Bu həyat xilas edən müalicənin əsas elementlərindən biri antiretrovirus (ARV) preparatlarından istifadədir. ARV terapiyası İİV-isağaltmasa da, effektiv antiretrovirus terapiyası alan və İİV səviyyəsi hissolunmaz səviyyəyə endirilmişİİV-lə yaşayan şəxslər İİV-i cinsi yolla yoluxdurmayacaq.

İİV və QİÇS

İİV immun sistemini hədəfə alan və insanın müdafiə sistemlərini zəiflədən insan immun çatışmazlığı virusudur. QİÇS isə İİV infeksiyasının ən irəliləmiş mərhələsi olan qazanılmış immun çatışmazlığı sindromudur.

 

İİV immun sisteminin müəyyən(CD4 adlanan) hüceyrələrini zədələyir. CD4 hüceyrələrinin qanda miqdarının azalması immun sisteminin zədələnmə dərəcəsi və xəstəliyin mərhələsi haqqında məlumat verir. İİV-infeksiyası ləng gedən infeksiyalarına aiddir.

 

İİV-ə yoluxmadan sonra ilk illər ərzində insanın immun sistemi virusa qarşı müqavimət göstərə bilir.

 

Yoluxma anından, spesifik kliniki əlamətlarin birüzə verilməsinə qədər olan dövr bir neçə il (orta hesabla 6-10 il) davam edə bilər. İİV-lə yaşayan bəzi insanlarda, klinik əlamətlər hətta 20 və daha çox il aşkar olunmur. Xəstəliyin gedişi bir çox amillərdən: orqanizmin ümumi vəziyyatindən, müvafiq olaraq - immun sisteminin vəziyyətindən, həyat tərzindən, zərərli vərdişlərin olub-olmamasından və ümumiyyətlə insanın öz həyatına və diaqnozuna münasibətindən asılıdır.

 

Zaman keçdikçə virusun və orqanizmin mübarizəsi immun sistemin zəiflənməsinə gətirib çıxarır və opportunistik adlanan bir çox infeksiyalara (vərəm, pnevmosist pnevmoniya və s.) və bədxassəli şişlərə (sarkoma Kapoşi, limfomalar) qarşı insanın həssasığı artır.

  

QİÇS diaqnozu İİV- müsbət insana o zaman qoyulur ki, onda CD4 hüceyrələrinin miqdarı o səviyyəyə qədər azalır ki, xəstəliyin kliniki əlamətlari opportunistik infeksiyalar yaxud onkoloji xəstəliklər şəklində aşkar olunur.

İİV üzrə əsas hədəf qruplar “Əsas hədəf qrup” İİV, vərəm və malyariyaya qarşı həssaslığı artmış şəxslərdən ibarət xüsusi qrupları bildirən ümumi termindir. Əsas hədəf qruplar ifadəsində “əsas” sözü onu göstərir ki, bu qrupların profilaktika, sınaq tədbirləri, müalicə və qayğı ilə əhatə olunması və xidmətlərə çıxışla bağlı maneələrin aşılmasında onlara dəstək verilməsi epidemiyaya son qoymaq baxımından mühümdür. 

İİV üzrə əsas hədəf qruplar kişilərlə cinsi əlaqədə olan homoseksual, biseksual və digər kişilər, narkotik vasitələri inyeksiya üsulu ilə qəbul edən şəxslər, seks işçiləri, transseksual şəxslər və həbsdə olan şəxslərdir. Bu qruplara daxil olan şəxslər sosial cəhətdən təcrid edilir, çox vaxt cinayət məsuliyyətinə cəlb olunur və insan hüquqlarının bir sıra pozulması halları ilə üzləşir ki, bu da onların İİV-ə qarşı həssaslığını artırır. İİV-lə yaşayan şəxslər də əsas hədəf qrup hesab edilir.