• (+99412) 493 26 94 T. Əliyarbəyov 3, Bakı
Xəbərlər

Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyasının növbəti iclası keçirilib


17 fevral 2023-cü il tarixində Park İnn otelində Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyasının növbəti iclası keçirilib. ÖƏK-in proqram və maliyyə üzrə meneceri Aytən Hüseynova iclası açıq elan etdi, iştirakçıları salamladı və görüşün məqsədləri haqqında məlumat verdi. O, sözü Koalisiya sədri Elçin Muxtarlıya ötürdü. Sədr iştirakçıları salamladı və Koalisiyanın ötən dövr ərzində gördüyü işlər barədə qısa məlumat verdi. O, bildirdi ki, yanvar-dekabr 2022-ci il tarixlərində 11 DD vərəm xəstəsi, 29 DH vərəm xəstəsi cəzaçəkmə müəssisələrindən azadlığa buraxılıb. DD vərəm xəstələrindən 12 sağalma, 1 itirilmə, 2 təkrar həbs qeydə alınıb. DH vərəmli xəstələrdən 28 uğurlu nəticə, 4 itirilmə, 1 uğursuz, 1 ölüm, 1 təkrar həbs hadisəsi qeydə alınıb. 

Daha sonra E.Muxtarlı “Sağlamlığa Xidmət” İctimai birliyinin (SXİB) Qlobal Fondun maliyyə dəstəyi ilə icra etdiyi “Azadlığa buraxılmış vərəmli xəstələrin müalicəsinin mülki sektorda izlənilməsi” layihəsinin gedişatı barədə qısa məlumat verdi.  

Daha sonra o, sözü AZQAC nümayəndəsi Sona Hacıyevaya verdi. S.Hacıyeva ötən hesabat dövrü ərzində AZQAC tərəfindən görülmüş işlər barədə təqdimatla çıxış etdi. O, qeyd etdi ki, AZQAC-ın 2021-2025-ci illər strateji İnkişaf Planının əsas məqsədinin Səhiyyə maarifi və səhiyyə xidmətləri vasitəsilə insanların sağlam və təhlükəsiz yaşaması naminə əhalinin sağlamlıq məsələlərinə dair bilikləri artırmaqdır. İcbari Sığorta Dövlət Agentliyində Ümumdünya Səhiyyə Təşkilatı (“Səhiyyədə fövqəladə hallarda risk kommunikasiyası və icmalarla iş: öyrənilmiş dərslər və gələcəyə baxış” mövzusunda təlim) tərəfindən təşkil edilən “İcmalarda risk kommunikasiya” mövzusunda təlimdə iştirak edilmişdir. “Sağlam Yaşlanma” (“Healthy Ageing”) mövzusunda təlimçilər üçün təlim (ToT) keçirilib. 4-6 oktyabr tarixlərdində Tbilisi şəhərində Aneta Trgacevsanın rəhbərliyi ilə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Federasiyası (BQXQACF) tərəfindən təşkil olunan “Sağlam Yaşlanma” (“Healthy Ageing”) mövzusunda təlimçilər üçün təlim (ToT) keçirilib.

Təlimdə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Federasiyası Qafqaz Regionu üzrə  rəhbər və Səhiyyə proqramların kordinatoru, Belarusiya, Qırğızıstan, Özbəkistan və Rusiya Federasiyasının Milli Cəmiyyətlərindən nümayəndələr, eləcə də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları Mətanət Qaraxanova və Samirə Həsənli iştirak ediblər. Miqrant və tibb işçiləri arasında Ümumdünya Psixi Sağlamlıq Günü qeyd edilib. 25 oktyabr 2022-ci il tarixində Mərkəzi Qan Bankında Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Türkiyə Qızıl Ay Cəmiyyətinin Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Canımız bir, qanımız bir” adlı qanvermə aksiyası keçirilib.

7-11 noyabr 2022-ci il tarixində Gürcüstanın Tbilisi şəhərində  Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Federasiyası (BQXQACF) tərəfindən Psixoloji İlk Yardım təlimi keçirilib. Təlimin məqsədi Milli Cəmiyyətlərin Psixoloji Sağlamlıq və Psixososial Dəstək üzrə çalışan əməkdaşlarının bilik və bacarıqlarını artırmaq, onlar arasında təcrübə mübadiləsini təmin etmək idi.

8-10 noyabr 2022-ci il tarixində İspaniya Qızıl Xaç Cəmiyyətinin ev sahibliyi ilə Malaqa şəhərində Avropa Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin HİV/QİÇS və Vərəm üzrə şəbəkəsinin (ERNA) 2022-ci il üzrə ümumi görüşləri keçirilib. Görüşün əsas məqsədi Milli Cəmiyyətlər və digər tərəfdaş təşkilatlar arasında məlumat və qabaqcıl təcrübə mübadiləsini gücləndirmək və təşviq etmək idi. Görüşdə 17 Milli Cəmiyyətdən 50 iştirakçı, o cümlədən ÜST, UNAIDS, Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Beynəlxalq Federasiyası (IFRC) və yerli partnyor təşkilatların nümayəndələri iştirak ediblər. Görüşdə Azərbaycan Qızıl Aypara Cəmiyyətini (AzQAC) icraçı katib Ceyhun Mirzəyev və icraçı katibin müavini Şaban Şayev təmsil ediblər. BQXQACF və  Milli Cəmiyyətlər Vərəm və AİDS sahələrində fəaliyyətlər barədə məlumatlı olurlar. 

AzQAC rəhbərliyi tərəfindən toplantı təşkil olundu. “Səninləyəm, Türkiyəm” adlı kampaniya – VİDEO çəkildi. Bakıda və digər şəhərlərdə AzQAC-n RB işçi və könüllüləri Türkiyə üçün təşkil edilən yardım kampaniyasında  davamlı şəkildə iştirak edirlər.  

Fəaliyyətlər müzakirə edilir. Elektron pul kisəsi vasitəsilə hesab.az saytından ianə edə bilərsiniz. 

Daha sonra “İnformasiya Təşəbbüslərinə Dəstək” İB-in sədri Cəsarət Hüseynzadə təşkilat tərəfindən son hesabat dövrü ərzində görülmüş işlər barədə təqdimatla çıxış etdi. 

İctimai iştirakçılıq: Şəffaflıq, hesabatlılıq və informasiya açıqlığı mövzusunda bir neçə veriliş hazırlanmış və ictimai-siyasi xadimlərlə müzakirə edilmişdi. Hesabat dövrü ərzində təşkilat QHT Agentliyinin maliyyə dəstəyi ilə eyni adlı layihəni icra etmiş və ictimai iştirakçılığı təşviq etmişdir. Təşkilat həmçinin Laçın yolunda baş tutan ekofəalların aksiyasında yaxından iştirak etmiş və aksiyaya fəal dəstək göstərmişdir.  

“Vərəmsiz Gələcəyə Doğru” İB-in sədri Çingiz Ramazanlı öz təşkilatının son rüb ərzində gördüyü işlər barədə məlumat verdi. O qeyd etdi ki, təşkilat olaraq könüllü şəkildə Gənclər və İdman Nazirliyinin razılığı əasında Xəzər, Sumqayıt və Ağsu rayonlarına gənclər arasında vərəmlə bağlı biliklərin yoxlanılması məqsədilə aparılmış sorğu araşdırılması artıq bitmiş və nəticələri maraqlı tərəflərlə bölüşülmüşdür. Beynəlxalq TBpeople qurumunun maliyyə dəstəyi ilə həyata keçirilən “Vərəmin Təsirinə Məruz Qalmış Şəxslərin Hüquqları üzrə Bəyannamənin təbliği” mövzusunda layihənin bölgələrdə uğurla icra olunduğunu vurğuladı. 

Daha sonra ƏSMİD İB sədri Səbinə Kərimova hesabat dövrü ərzində təşkilatın gördüyü işlər barədə məlumat verərək qeyd etdi ki, 125 üzvü olan təşkilatın əsas məqsədi əlilliyi olan şəxslərin məşğulluğunun təşkilidir və bu istiqamətdə  bir neçə uğurlu layihələr həyata keçirmiş, hazırda əlilliyi olan qadınların gözəllik salonunda işləmək bacarıqlarının artırılması üzrə layihə icra etdiklərini qeyd etdi. 

Daha sonra Koalisiyaya üzvü A.Hüseynov öz təşkilatının fəaliyyəti, görülmüş işlər, bugünədək əldə olunmuş uğurlar və hemofiliya ilə bağlı ölkədəki son vəziyyət barədə məlumat verdi. O qeyd etdi ki, Assosasiya vaxtaşırı ailələr üçün müxtəlif mövzularda təlimlər keçirir və bir çox hemofiliyalı uşağın, şəxslərin həyatının xilas edilməsində böyük rol oynamışlar. Hüseynov bildirdi ki, bəzən bu pasiyentlər arasında vərəmli olan şəxslərlə də qarşılaşırlar, bu zaman Koalisiya ilə birgə fəaliyyət çərçivəsində bu şəxslərin də problemlərinin həlli istiqamətində işlər görə biləcəklər.

İclas müzakirələrlə davam etdi.