• (+99412) 493 26 94 T. Əliyarbəyov 3, Bakı
Xəbərlər

ÖƏK-in 57-ci iclası keçirilib


7 dekabr tarixində ÖƏK-in 57-ci ÖƏK sədr müavini Rüstəm Salayev ÖƏK üzvlərini salamlayaraq hər kəsə iclasda iştirak etdikləri üçün öz minnətdarlığını bildirdi və iclası açıq elan etdi. Söz açılış nitqi üçün Səhiyyə Nazirinin müavini Nadir Zeynalova verildi. Nadir Zeynalov iclas iştirakçılarını salamlayaraq Səhiyyə Nazirliyi tərəfindən hər iki xəstəliklə mübarizə istiqamətində görülmüş işlər barədə ətraflı məlumat verdi və Qlobal Fond əməkdaşlığı ilə hər iki istiqamətdə fəaliyyətin uğurla davam etdiriləcəyini bildirdi.  ÖƏK Katibliyinin nümayəndəsi Aytən Hüseynova iclasın gündəliyi barədə və gündəlikdəki məsələlər barədə məlumat verdi. O, ÖƏK-in sentyabr 2022– noyabr 2022-ci il üzrə rüblük görülmüş fəaliyyətləri barədə ətraflı təqdimat etdi. 

ƏR Səhiyyə Nazirliyi tərəfindən LƏB-in Vərəm/İİV üzrə monitorinq və qiymətləndirmə üzrə mütəxəssisi Fuad Salmanov təqdimat etdi. Cari ilin 9 ayı ərzində İİV/Vərəm layihəsinin ümumi idarə edilməsi, İİV, Vərəm və COVİD-19 komponentləri üzrə proqram fəaliyyətlərinin icrası və layihə çərçivəsində satınalma- təchizat fəaliyyətlərinin icrasının həyata keçirildiyi qeyd olundu.

Sub-resipiyent müəssisə ET Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova 2022-ci ilin 9 ayı üzrə görülmüş işlər barədə ətraflı təqdimat etdi.

Daha sonra, digər sub-resipiyent müəssisə RQMM-nin direktoru Famil Məmmədov 2022-ci ilin 9 ayı üzrə görülmüş işlər barədə ətraflı təqdimat etdi.

Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi LİQ-un koordinatoru Sevinc Tağıyeva ƏN tərəfindən həm Vərəm, həm də İİV komponenti çərçivəsində 2022-ci ilin 9 ayı ərzində görülmüş işlər barədə təqdimat etdi.

Şərqi Avropa və Mərkəzi Asiya (ŞAMA) tegionu ölkələri üçün Qlobal Fondun yeni maliyyə ili (2023- 2025) ərzində təqdim olunacaq layihə təklifləri üçün qoyulmuş yeni tələblər barədə LƏB-in koordinatoru Nailə Əliyeva təqdimat keçirdi.

Yeni 2023-2025 strategiyasında fərqli nələrin olduğu barədə bildirilərkən qeyd olundu ki, Strategiyanın QİÇS, vərəm və malyariyaya son qoymaqdan ibarət olan əsas məqsədi dəyişməz olaraq qalmaqdadır.

İİV -in müalicəsi ilə bağlı yeni qlobal 95-95-95 hədəfləri və icmaların imkanlarının artırılması və sosial maneələrin aradan qaldırılması ilə bağlı 10-10-10 hədəfləri qoyulmuşdur

Əvvəlki 90-90-90 hədəfləri üzrə irəliləyiş var, lakin onlara tam nail olunmamışdır. Vərəmlə mübarizə üzrə daha iddialı hədəflər aşağıdakılardır

- Vərəmdən ölüm hallarının 2020-ci ilə qədər 35% azaldılması ilə bağlı əvvəlki hədəfə tam nail olunmayıb. 2025-ci il üçün hədəf vərəmdən ölüm hallarının 75% azaldılmasıdır (2015-ci illə müqayisədə)

  • Vərəmə yoluxma hallarının 2020-ci ilə qədər 20% azaldılması ilə bağlı əvvəlki hədəfə nail olunub. 2025-ci il üçün hədəf vərəmə yoluxma hallarının 50% azaldılmasıdır (2015-ci illə müqayisədə).

  • ÇDD-vərəmin uğurlu müalicə göstəricisinin 2020-ci ilə qədər 75%-ə çatdırılması ilə bağlı əvvəlki hədəfə tam nail olunmayıb. Avropa Regionu üçün yeni hədəf bu göstəricinin 80%- dən çox olmasına nail olmaqdır.

    Yeni layihə təklifinin işlənib hazırlanması üzrə bütün sənədlərin Qlobal Fondun internet səhifəsində yerləşdirildiyi qeyd olundu. Layihənin işlənib hazırlanması prosesinə texniki dəstək göstərilməsi üçün beynəlxalq konsultantın seçimi ilə bağlı elan verilmiş və tezliklə prosesin yekunlaşacağı və bütün maraqlı tərəflərin iştirakı ilə şəffaf şəkildə və müzakirə formatında İşçi Qrup üzvləri və beynəlxalq mütəxəssislərlə layihənin yazılması prosesinin davam etdiriləcəyi qeyd olundu.