• (+99412) 493 26 94 T. Əliyarbəyov 3, Bakı
Xəbərlər

ÖƏK-in İİV/QİÇS üzrə işçi qrupunun iclası keçirilib


31 yanvar 2023-cü il tarixində Ölkə Əlaqələndirmə Komissiyasının İİV/QİÇS üzrə işçi qrupunun iclası keçirilib. İclası giriş nitqi ilə açan ÖƏK Katibliyinin nümayəndəsi Aytən Hüseynova iclas iştirakçılarını salamladı və gündəlik barədə məlumat verdi. İşçi qrup sədri Famil Məmmədov 2022-ci il ərzində Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən həyata keçirilən fəaliyyətlər, habelə Zərərin Azaldılması proqramı çərçivəsində görülmüş işlər barədə qısa məlumat verdi. Daha sonra Mərkəzin nümayəndəsi Natiq Zülfüqarov görülmüş işlər barədə təqdimatla çıxış etdi, auditoriyanın suallarını cavabladı. Təqdimatdan sonra Qlobal Fondun yeni maliyyə mexanizmi çərçivəsində 2024-2026-cı illər üçün nəzərdə tutulan fəaliyyət istiqamətləri barədə müzakirə aparıldı və qeyd olundu ki, növbəti həftələrdə Fond Portfolio meneceri ölkəyə səfər edəcək və yeni layihə təklifindən gözləntilər ətraflı müzakirə olunacaq.

İclas cari məsələlərin müzakirəsi ilə davam etdi.