• (+99412) 493 26 94 T. Əliyarbəyov 3, Bakı
Xəbərlər

ÖƏK-in Nəzarət Komitəsinin 19-cu iclası keçirilib


22 fevral 2023-cü il tarixində ÖƏK-in Nəzarət Komitəsinin iclası keçirilib. ÖƏK Katibliyinin nəzarət üzrə mütəxəssisi Pərvanə Vəliyeva iclas iştirakçılarını salamladı və görüşün gündəliyi barədə məlumat verdi. Bundan sonra P.Vəliyeva ötən ilin noyabr ayında həyata keçirilmiş nəzarət səfərləri barədə təqdimatla çıxış etdi. Hesabat dövrü ərzində Hacıqabul və Saatlı rayonlarının DOT kabinetlərinə, Bakı şəhərində yerləşən 6 saylı və 8 saylı Vərəm əleyhinə Xüsusiləşmiş Xəstəxanalara nəzarət səfərləri həyata keçirilmişdi. Həmçinin Aran USG və Feniks İB-nə nəzarət səfəri həyata keçirilib. 

İclasda Nəzarət Səfərlərinin hesabatlarının müvafiq qurumların diqqətinə operativ çatdırılması məsələsinin vacib olduğu vurğulandı. Qeyd olundu ki, görülmüş işlər və tövsiyyələrin icrası istiqamətində atılmış addımların monitorinqi aparılmalıdır. Səfərlər zamanı aşkar olunan çatışmazlıqların aradan qaldırılmasında Komitə üzvlərinin aktiv olmasının fəaliyyətin nəticəli olması baxımından vacib olduğu qeyd edildi. 

Sonda Nəzarət Komitəsinin növbəti yerlərə səfərləri barədə planlaşdırma aparıldı. Qeyd olundu ki, Bakıda 4 saylı vərəm əleyhinə dispanserə, Ucar və Ağdaş rayon Mərkəzi Xəstəxanalarının vərəm kabinetinə İİV-lə mübarizə üzrə QHT-lərdən “İnkişaf 2006” İB-in Ağdaş rayonunda fəaliyyətinə baş çəkilsin. 24-26 fevral tarixlərində Ağdaş və Ucar, 27 fevral tarixində isə 4 saylı VƏD-ə səfər olunması qərara alındı. Komitə üzvləri rayon səfərlərində Mətanət Qaraxanova və Afət Məmmədova, Bakıda isə GEM nümayəndəsi Səbinə Quliyeva və ƏNTBİ nümayəndəsi Füzuli Hüseynovun iştirak etməsi barədə razılığa gəldilər.