• (+99412) 493 26 94 T. Əliyarbəyov 3, Bakı
Xəbərlər

ÖƏK-in Vərəm üzrə işçi qrupunun iclası keçirilib


1 fevral tarixində Ölkə Əlaqələndirmə Komissiyasının Vərəm üzrə işçi qrupunun iclası keçirilib. İclası giriş sözü ilə işçi qrup sədri İradə Axundova açıb və iclas iştirakçılarını salamlayıb və iclasın gündəliyi barədə məlumat verib. Daha sonra İ.Axundova ETAXİ tərəfindən 2022-ci il ərzində görülmüş işlər barədə təqdimatla çıxış edib, auditoriyanın suallarını cavablayıb. 

Təqdimatdan sonra isə Qlobal Fonda 2024-2026-cı illər üçün yazılacaq yeni layihə təklifi müzakirə olunub. ETAXİ öz təklifləri barədə və ilkin büdcəni nümayiş etdirib. Daha sonra "Sağlamlığa Xidmət" İctimai birliyi öz təklifləri barədə təqdimatla çıxış edib, iştirakçıların suallarını cavablayıb. 

İclas müzakirələrlə davam edib.