• (+99412) 493 26 94 T. Əliyarbəyov 3, Bakı
Xəbərlər

Ölkə Əlaqələndirmə Komissiyasının İİV/Vərəm layihə təklifinin hazırlanması üzrə işçi qrupun iclası keçirilib


20 fevral 2023-cü il tarixində Hayat oteldə Ölkə Əlaqələndirmə Komissiyasının İİV/Vərəm layihə təklifinin hazırlanması üzrə işçi qrupun iclası keçirilib. ÖƏK-in proqram və maliyyə üzrə meneceri Aytən Hüseynova iclası açıq elan etdi, iştirakçıları salamladı və görüşün məqsədləri haqqında məlumat verdi. O, CV19 cavab mexanizmi maliyyələşmə imkanı ilə bağlı QF-dan daxil olmuş məktub barədə məlumat verdi. Yeni məqsəd səhiyyə və pandemiyaya hazırlıq sistemlərinin gücləndirilməsidir və C19RM vəsaitlərindən istifadə müddəti 31 dekabr 2025-ci ilədək uzadılıb.  Qlobal Fondun İdarə Heyəti həmçinin C19RM qrantının müddətini 30 iyun 2023-cü ilə qədər uzatmağı qərara alıb. Bu uzadılma ölkələrə əvvəllər verilmiş maliyyə vəsaitlərini təkrar investisiya etməyə, həmçinin dəyişən ehtiyaclarını maliyyələşdirməyə imkan verəcəkdir. 

COVID-19-a qarşı cavab tədbirləri, o cümlədən yeni terapiya vasitələri, pandemiyanın İİV, Vərəm və Malyariya proqramlarına təsirinin azaldılması, o cümlədən proqramın bərpası üçün investisiyalar; xəstəliklərə nəzarət, laboratoriya şəbəkələri, tibbi oksigen imkanları və səhiyyə işçiləri (Sİ) şəbəkələri daxil olmaqla investisiyalar əsas maliyyə ayrılacaq sahələrdir. 

C19RM maliyyələşməsində COVID-19 ilə mübarizəyə töhfə verən və pandemiyaya hazırlıq səviyyəsini gücləndirən investisiya qoyuluşlarına üstünlük veriləcək. Belə ki, icma əsaslı / icmanın nəzarətində olan təşkilatlar da daxil olmaqla, Sİ proqramlaşdırmasının gücləndirilməsi. İnteqrə olunmuş laboratoriya sistemlərinin və diaqnostika şəbəkələrinin gücləndirilməsi, erkən xəbərdarlıq nəzarəti və cavab sistemlərinin qurulması, tibbi oksigen və süni ağciyər ventilyasiya sistemlərinin gücləndirilməsi, sağlamlıq üçün Sİ proqramlaşdırma/insan resurslarının, laboratoriya və nəzarət sistemlərinin tərkib hissəsi kimi infeksiyaların qarşısının alınması və nəzarət proqramlarının gücləndirilməsi, təchizat zənciri sistemlərinin gücləndirilməsinə ünvanlı investisiyanın qoyulmasına üstünlük veriləcəkdir.

Gələcək dalğalar zamanı ölkələrin öz test və müalicə proqramlarını sürətlə genişləndirmək imkanlarını təmin etmək məqsədilə yeni terapiya vasitələri tətbiq etməsi üçün proqramların yaradılması və ya genişləndirilməsi əsas məqsəd daşıyır. 

Qlobal Fondun C19RM-ə yanaşması COVID-19-a qarşı cavab tədbirlərinin görülməsi, İİV, Vərəm və Malyariyaya təsirin azaldılması və səhiyyə sistemlərinin gücləndirilməsi fəaliyyətlərinə bu resursların təsirini artırmaq üçün nəzərdə tutulub. 

Ölkələrin C19RM portfelini optimallaşdırmaqla əlavə maliyyə vəsaitləri axtara biləcəkləri halda, onlardan da təkrar investisiya vasitəsilə mövcud vəsaitlərdən istifadəni optimallaşdırmaq gözlənilir. 

31 dekabr 2025-ci il tarixinədək uzadılma artıq qrantlara inteqrə olunmuş C19RM vəsaitlərinə və C19RM Portfelinin Optimillaşdırılması ilə alınan əlavə vəsaitlərə şamil edilir. 

Qlobal Fond lazım olan əlavə vəsaitlərə çıxış imkanı əldə etmək üçün bütün müvafiq ölkələri 2-ci Dalğa C19RM Portfelinin Optimallaşdırılması üzrə maliyyələşmə ilə bağlı müraciətlər təqdim etməyə təşviq edir. 

Portfelin Optimallaşdırılması üçün mövcud olan C19RM vəsaitlərin, böyük ehtimalla, ifadə edilən ehtiyaclardan az olacaqC19RM vəsaitlərinin 31 dekabr 2025-ci il müəyyən olunmuş son tarixə qədər istifadə edilməlidir.

Daha sonra Nailə Əliyeva maliyyə imkanı üçün hazırlanan büdcə və fəaliyyət planı barədə qısa məlumat verərək iştirakçıların suallarını cavabladı. F.Məmmədov qan nümunələrinin daşınması üçün yeni maşınların alınması üçün müraciət edəcəklərini bildirdi. Qeyd olundu ki, ilkin təkliflər ƏNTBİ, RQMM və Vərəm Koalisiyasından daxil olmuşdur. Digər qurumların da öz təkliflərini 1 mart 2023-cü il tarixinədək göndərmələri xahiş olunur. 

İclas müzakirələrlə davam etdi.