• (+99412) 493 26 94 T. Əliyarbəyov 3, Bakı
Xəbərlər

Qlobal Fondun ölkə komandası zərərin azaldılması şəbəkəsi ilə görüşüb


9 fevral 2023-cü il tarixində Qlobal Fondun ölkə komandası zərərin azaldılması şəbəkəsi ilə görüşüb. Qlobal Fondun Portfolio meneceri xanım Olqa Avdeyeva iclas iştirakçılarını salamladı və missiyada iştirak edən digər Qlobal Fond nümayəndələrini auditoriyaya təqdim etdi. 

Daha sonra Qlobal Fondun bundan sonrakı 3 il ərzində də Azərbaycan Respublikasına İİV/QİÇS və vərəmlə mübarizə sahəsində maliyyə yardımının olması barədə bildirdi. O, qeyd etdi ki, Qlobal Fond növbəti illər üçün daha yenilikçi, innovativ ideyaların və fəaliyyətlərin olmasına üstünlük verəcəkdir. Bildirdi ki, İİV-lə mübarizəyə daha çox vəsait ayrılmışdır. 

Avdeyeva bildirdi ki, bu məsələ LƏB-lə müzakirə ediləcək və ortaq məxrəcə gəlinəcəkdir. O, bildirdi ki, həssas qrupların əsas xidmətlər paketi ilə əhatə olunması Qlobal Fondun fəaliyyətinin və ölkəyə yardımın əsasını təşkil edir. Növbəti illər üçün İİV-lə mübarizə üçün təxminən 12 milyon ABŞ dolları həcmində vəsait ayrılmışdır. O cümlədən, C19RM layihəsi üzrə də ölkəyə maliyyələşmə imkanı yaradılmışdır. Bu maliyyə imkanı üzrə müəyyən avadanlıqların, pandemiyaya hazırlıq üçün müəyyən fəaliyyətlərin maliyyələşdirilməsi nəzərdə tutulur.

İclas müzakirələrlə davam etdi.