• (+99412) 493 26 94 T. Əliyarbəyov 3, Bakı
Xəbərlər

Qlobal Fondun Ölkə Komandasının ÖƏK üzvləri ilə görüşü keçirilib


9 fevral tarixində Hayat oteldə Qlobal Fondun Ölkə Komandasının ÖƏK üzvləri ilə görüşü keçirilib. 

Görüşü açılış nitqi ilə açan Qlobal Fondun Portfolio meneceri xanım Olqa Avdeyeva iclas iştirakçılarını salamladı və iclasın məqsədləri barədə məlumat verdi. O, Qlobal Fondun bundan sonrakı 3 il ərzində də Azərbaycan Respublikasına İİV/QİÇS və vərəmlə mübarizə sahəsində maliyyə yardımının olması barədə bildirdi. O, qeyd etdi ki, Qlobal Fond daha yenilikçi, innovativ ideyaların olmasına üstünlük verəcəkdir. Dərman preparatlarının satın alınması hər zaman olduğu kimi, yenə də prioritet istiqamət olacaqdır. 

Daha sonra Vərəm və İİV-lə mübarizə üzrə ölkə üçün prioritet istiqamətlər qeyd olundu. Missiya zamanı keçirilmiş görüşlər və nəticələr barədə məlumat verildi. Milli Referens Laboratoriyanın təmiri ilə bağlı görüləcək işlər barədə bir daha vurğulandı və bu istiqamətdə dövlətin dəstəyi müsbət qiymətləndirildi.