• (+99412) 493 26 94 T. Əliyarbəyov 3, Bakı
Elanlar

REAct layihəsi üzrə QHT üçün elan


Ukraynanın İctimai Səhiyyə Alyansının Əsas Resipiyent olduğu regional İİV qrantında digər region ölkələri kimi, Azərbaycanın da iştirakı ÖƏK üzvləri tərəfindən aprel 2021-ci il tarixində təsdiqlənmiş və regional qrant Qlobal Fonda təqdim olunaraq təsdiqlənmişdir.

REAct

"REAct" alətinin Azərbaycanda SoS layihəsinin maliyyələşdirilməsi çərçivəsində 2023-2024-cü illər ərzində həyata keçirilməsi planlaşdırılır.  Layihə başa çatdıqdan sonra "REAct" alətindən istifadənin digər maliyyələşmə çərçivəsində davam etdirilməsi gözlənilir. "REAct" icma səviyyəsində insan hüquqlarının pozulması hallarına nəzarət və cavab tədbirlərinin görülməsi üçün Şərqi Avropa və Mərkəzi Asiyanın 6 ölkəsində tətbiq edilən bir sistemdir. "REAct" aləti təşkilatların əsas risk qrupları arasında rast gəlinən insan hüquqlarının pozulması hallarının qeydə almasına və İİV-in profilaktikası və müalicəsi, həmçinin səhiyyə xidmətlərinə çıxış zamanı insan hüquqları ilə əlaqəli meydana çıxan maneələrə qarşı cavab tədbirləri görməsinə imkan yaradır.

https://aph.org.ua/en/news/sos-2-0-and-react-invites-human-rights-organizations-in-azerbaijan-to-cooperate/

 https://aph.org.ua/wp-content/uploads/2022/10/REAct-AZ.zip

Son müraciət tarixi – 14 noyabr 2022-ci ildir.